Apteklərdə Nimesil, ACC, termometr niyə tapılmır? - Azərbaycanda dərman böhranı

Apteklərdə Nimesil, ACC, termometr niyə tapılmır? - Azərbaycanda dərman böhranı
SOSİAL
21:45 19.02.2022
571
Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bununla yanaşı, payız-qış mövsümü bir sıra qrip və kəskin respirator virus infeksiyalarının da surətlə yayılmasına səbəb olub.

Bu isə dərmanlara olan tələbatı daha da artırıb. Nəticədə Bakının bəzi apteklərində dərman qıtlığı yaranıb.

AZXEBER.COM xəbər verir ki, "report" məsələ ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, bəzi apteklərdə zəruri olan bir sıra dərmanlar yoxdur. Paytaxtın Rəşid Behbudov və Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən apteklərin əczaçıları bir sıra dərmanların satışda olmadığını təsdiqləyiblər.

Onlar bildiriblər ki, hazırda çalışdıqları apteklərdə xeyli sayda dərman vasitəsi yoxdur. Bu sıraya ürək-damar, sinir, əsəb sistemi xəstəliklərində istifadə olunan dərman, pişikotu - "valerian", ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə olan vasitə "nimesil", "natrium xlorid" (infuziya üçün məhlul) və tərkibinə qatılan "ABC" vitamin kompleksləri daxildir.

Əczaçı Orxan Axundovun sözlərinə görə isə, hazırda çalışdığı aptekdə "nimesil" dərman vasitəsi satılmır və alıcılara yalnız bunun əvəzedicisi təklif olunur. O bildirib ki, hər dəfə ölkədə koronavirusa yoluxma artanda apteklərdə dərman çatışmazlığı yaranır.

Digər aptekin əczaçısı Əsmər Orucova deyib ki, əksər dərmanlar müəyyən məhdudiyyət və limit çərçivəsində depodan alınır:

"Son bir həftəyədək qrip əleyhinə dərman tozları tapılmırdı. Səbəb olaraq, həmin dərman vasitələrinin gömrükdə olduğu və ya depolarda bitdiyi barədə standart cavab verirdilər".

Paytaxtın 8-ci mikrorayon ərazisindəki aptekin əczaçısı Çinarə Məmmədova qeyd edib ki, onun da çalışdığı aptekdə bəzi dərmanların çatışmazlığı yaşanır. O, buna misal olaraq bildirib ki, ən çox təlabatın olduğu öskürək əleyhinə "ACC" dərman preparatıdır. Əczaçı xanım bu dərmanın aptekdə satılmamasının səbəbini depoda olmaması ilə əlaqələndirib.

Əczaçı Zöhrə Əliyeva da çalışdığı aptekdə öskürək əleyhinə "ACC" dərman preparatının satılmadığını bildirib. O da bunu həmin dərmanın depoda olmaması ilə əlaqələndirib:

"Ümumiyyətlə, son vaxtlar dərmanlara tələbat artıb. Əsasən də "ACC" dərmanına. Lakin gətirilmir. Biz bununla bağlı maraqlanmışıq, amma depoda da yoxdur. Çox güman depoya da gətirilmir. Əgər depolarda olsaydı, apteklərə paylanılardı".

Əczaçılar qeyd ediblər ki, hazırda bəzi apteklərdə tapılmayan dərmanlarla bağlı müraciət edən alıcıların sayı kifayət qədərdir. Onlar deyib ki, hətta qızdırma ölçən civəli termometrlərin də gətirilməsi dayandırılıb. Onlar bunun səbəbini bilmədiyini vurğulayıblar.

Səhiyyə Nazirliyindən bildirilib ki, ölkəyə dərman gətirilməsi ilə özəl şirkətlər məşğul olur. Ona görə də vəziyyətlə bağlı sualı yalnız həmin şirkətlər cavablandıra bilərlər.

Şirkətlərdən birinin xarici satınalma üzrə meneceri Samir Kamilov isə deyib ki, dərman çatışmazlığı ilə bağlı problemin başlıca səbəbi pandemiyadır:

"Bildiyiniz kimi, pandemiya ilə əlaqədar olaraq dünya əhalisinin dərman preparatlarına olan tələbatı dəfələrlə artdığından xammal çatışmazlığı və işçi qüvvəsinin tam iş rejimində işləyə bilməməsi səbəbindən bəzi preparatların təchizatında müvəqqəti problemlər yaranıb.

Dərman bazarında olan çatışmazlıqlar hazırda yalnız Azərbaycanda deyil eyni zamanda bir çox ölkələrdə aktualdır".

Azərbaycana xaricdən dərman gətirən əsas şirkətlərdən biri məsələ ilə bağlı sorğunu cavablandırmayıb. Şirkət sorğunu cavablandırmamasının səbəbini də izah etməyib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla açıqlamasında bildirib ki, bu problemə görə dərmanları ölkəyə idxal edən şirkətlər cavabdehdirlər:

"Onlar bu işin məsuliyyətini öz üzərlərinə götürüblər və bu məsələ ilə özləri məşğuldurlar. İndiki dövrdə bir tərəfdən dərman maddələrinin keyfiyyət parametrlərinin aşağı olması, digər tərəfdən isə qıtlıq əhali arasında çox ciddi problem yaradıb".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
16:21 07.03.2026
200-dən çox vətəndaşımız Ciddədən təxliyə edildi
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
15:56 07.03.2026
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
15:48 07.03.2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1797 nəfər təxliyə edilib
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
15:31 07.03.2026
Trampdan İranla bağlı şok açıqlama: Bu gecə onlar…
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
15:21 07.03.2026
Avstriyanın səfiri və daha dörd diplomatı İrandan Azərbaycana təxliyə edildi
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
15:05 07.03.2026
Könül Kərimovanın evi saxta sənədlə başqasına satıldı
İran birjası ikinci elana qədər bağlı qalacaq
15:03 07.03.2026
İran birjası ikinci elana qədər bağlı qalacaq