Apteklərdə satılan bu göz damcısı saxta imiş - Nazirlik istifadəni qadağan etdi

Apteklərdə satılan bu göz damcısı saxta imiş - Nazirlik istifadəni qadağan etdi
SAĞLAMLIQ
13:50 13.12.2017
2057
Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə edilən müraciətə əsasən, Türkiyənin "Universe Pharma İlac” şirkətinin istehsalı olduğu göstərilən "OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun saxta olub-olmaması mərkəzin əməkdaşları tərəfindən araşdırılıb. 

AZXEBER.COM-a daxil olan məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, qeyd edilən mənşəyi məlum olmayan məhsul saxtadır. Belə ki, Türkiyənin "Universe Pharma İlac” şirkətinin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi mövcud deyil və məhsul Türkiyə Səhiyyə Nazirliyi Dərman və Tibbi cihaz qurumu (TİTCK) tərəfindən dövlət qeydiyyatına alınmayıb.

Qeyd olunub ki, Türkiyənin "Universe Pharma İlac” şirkətinin istehsalı olan "OKSİAM-B” adlı məhsul dərman vasitəsi kimi Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb. Həmçinin "Dihac MMC” tərəfindən həmin dərman vasitəsinin ölkəyə idxal edilməsinə razılıq verilməsi barədə Analitik Ekspertiza Mərkəzinə müraciət daxil olmayıb. 

"Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 2006-cı il 22 dekabr tarixli qanununun 6.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycana idxalına, ölkə ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Səhiyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.

Analitik Ekspertiza Mərkəzinin dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasında "OKSİAM-B” adlı göz damcısı dərman formasında olan məhsulun nümunələrinin fiziki-kimyəvi və mikrobioloji ekspertizası aparılıb. Aparılan ekspertiza nəticəsində nümunənin tərkibindəki inqrediyentlərin miqdarının qeyd olunan göstəricilərdən aşağı olması, sitikolin təsiredici maddəsinin ümumiyyətlə olmaması, "pH” göstəricisinin qələvi mühitə yaxın olması, sıxlığının aşağı olması və nümunənin qeyri-steril olması müəyyən edilib. Oftalmoloji istifadə üçün nəzərdə tutulan dərman vasitələrinin qeyri-steril olması yolverilməzdir. Nəticə etibarilə, nümunə keyfiyyətsiz, qeyri-effektiv, yararsız və insan sağlamlığı üçün təhlükəli hesab edilir.

Bütün bunları nəzərə alaraq, əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin olunması məqsədi ilə qeyd edilən saxta, mənşəyi məlum olmayan məhsulun idxalı, satışı və oftalmoloq həkimlər tərəfindən istifadəsi qadağan edilib. Topdan və pərakəndə əczaçılıq müəssisələrinə məhsulun yığışdırılması barədə xəbərdarlıq edilib.

""OKSİAM-B” adlı dərman forması göz damcısı olan məhsul ilə rastlaşsanız bu məhsulu istifadə etməyin! Bu məhsulu istifadə etmisinizsə və ya istifadəsi zamanı əlavə təsir müşahidə etmisinizsə, tibb müəssisəsinə müraciət edin. Həmçinin bu barədə məlumatları Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh.,Fuad İbrahimbəyov küç., 31.; Faks: (99412) 596-07-16 ; e-mail: [email protected]; Tel.:(99412)596-05-20 Qaynar xətt (99412) 596-07-12) bildirməyinizi xahiş edirik”, - mərkəzdən bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
17:29 07.06.2025
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb