Aqil M. Quliyev həbs həyatından danışdı

Aqil M. Quliyev həbs həyatından danışdı
MAQAZİN
19:12 29.05.2013
2882
Bu gün həbsdən azad olunan tanınmış rejissor Aqil M.Quliyev həbsxana həyatında yaşadıqlarından danışıb.
Axşam.az-ın məlumatına görə, rejissor düz 36 gün həbsdə qaldığını deyib: “Onun 30 gününü bir otaqda yalnız keçirdim. Bu, öz seçimim idi. Yalnız qalıb düşünməyə ehtiyacım var idi. Etiraf edim ki, azadlıq üçün heç darıxmadım. Mobil telefonsuz, internetsiz günlər yaşadım. Oturub düşünməyə, istirahət etməyə vaxtım oldu. Həyat bioqrafiyamı yazdım, gündəlik tutdum. İndi yazdıqlarımı redaktə edib kitab formasında çıxaracağam. Həbsdə olduğum müddətdə başıma gələnləri düşündüm, həyatımı bundan sonra necə yaşayacağımı planlaşdırdım. Hətta yeni layihələr də hazırladım. İndi onların hamısını reallaşdıracağam. İndi azadlıqdayam və işlərimi yenidən qurmağı düşünürəm”.
Aqil M. Quliyev həbsdə olduğu müddətdə onu unutmayan dostlarından da danışıb:
“Sənət aləmindən yanıma cəmi üç insan gəldi. “Bu şəhərdə”nin rejissoru Müşviq Abbasov, təşkilatçı Səlahəttin Atalay və rejissor həmkarım Emin Mirabdullayev. Çox sağ olsunlar ki, bu insanlar digərlərindən fərqli olaraq vaxt tapıb məni ziyarət etdilər. Mən şou-biznes nümayəndələri ilə bağlı fikrimi bir daha təsdiqlədim. Onların qabiliyyəti, insanlığı bura qədərdir”.
Xatırladaq ki, A. M. Quliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Buna səbəb isə bir müddət əvvəl rejissorun sevgilisi Marianna Turabova adlı şəxsin hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil. M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmamasıdır. Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A. M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılmışdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb