Aqrar sahədə islahatlar genişlənib: ekspertlər müsbət inkişaf proqnozlaşdırır

Aqrar sahədə islahatlar genişlənib: ekspertlər müsbət inkişaf proqnozlaşdırır
SOSİAL
14:56 16.06.2026
216
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə 2015–2025-ci illər ərzində ölkədə aqrar sahənin inkişafı istiqamətində genişmiqyaslı və sistemli islahatlar həyata keçirilib.

Bunu Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib. Nəticədə aqrar sahəyə dövlət dəstəyi artırılıb, bir sıra sahələrdə istehsal və ixrac potensialı yüksəlib, əsas kənd təsərrüfatı məhsulları üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb.

İqtisadçı Eldəniz Əmirov AZXEBER.COM-a açıqlamasında bildirib ki, subsidiyaların əsas məqsədi müvafiq iqtisadi fəaliyyətin dəstəklənməsidir:

"Subsidiyaların məqsədi müvafiq iqtisadi fəaliyyətin dəstəklənməsidir. Konkret olaraq aqrar sektora yönələn subsidiyalar fermerlərin istehsal xərclərinin azaldılmasına və əkin sahələrinin daha effektiv məhsuldarlığının artırılmasına xidmət edir. Çünki yanacaq, motor yağı, mineral gübrələr, toxum və işçi qüvvəsinin əmək haqları ciddi maliyyə yükü yaradır. Bu baxımdan subsidiyalar ümumi xərcləri azaldır və fəaliyyətin davamlılığını təmin edir. Eyni zamanda müxtəlif dövlət qurumları tərəfindən təqdim olunan güzəştli kreditlər də kənd təsərrüfatının genişləndirilməsi baxımından mühüm rol oynayır.”

O qeyd edib ki, kənd təsərrüfatı hər il stabil artım dinamikası göstərən əsas iqtisadi fəaliyyət sahələrindən biridir:

"Davamlı olaraq hər il stabil artım dinamikası göstərən əsas iqtisadi fəaliyyət sahələrindən biri kənd təsərrüfatıdır. Orta hesabla 5–7 faiz iqtisadi artım uzun illərdir davam edir və bunun əsas səbəblərindən biri aqrar sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləridir. Subsidiyalar, müxtəlif proqramlar və dəstək mexanizmləri nəticəsində bir çox kənd təsərrüfatı məhsulları üzrə daxili tələbatın əhəmiyyətli hissəsi yerli istehsal hesabına ödənilir.”

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR