"Artıq xarici müğənnilərlə duet oxuyacağam. Öz sənətçilərimizlə yetərincə ortaq işlərimiz oldu, məncə bəsdir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Vəfa Şərifova "XƏZƏR” televiziyasında, "İncə səhər” verilişində Aqşin Fatehin iddialarına cavab olaraq bildirib.
Qeyd edək ki, ötən həftə "Tarixin bir günü” verilişinin qonağı olan Aqşin Fateh "Bu günə qədər oxuduğum heç bir qadın müğənni ilə bir daha duet ifa etməyəcəyəm. Çünki onlar hamısı eyniləşiblər. İndi yeniliklərə ehtiyac var. Yeni müğənni yetişdirəcəyəm” sözlərini söyləmişdi.
Vəfa Şərifova bu fikirlə razılaşmayaraq iddialara belə cavab verib:
"Bu mənim qərarım olub. Mən dayandırmışam Aqşinlə duetlərimi, o yox. Çünki artıq başqa layihələrim var. Yeni duet hazırlığındayam. Amma duet ortağım buralardan yox Türkiyədən olacaq”.
Aysel