Bir müddət öncə müğənnilər Manaf Ağayev və Nəfəs arasında yaranan "Şahnaz" muğamı ifa etmək qalmaqalına meyxanaçı Aqşin Fateh də daxil olub.
AZXEBER.COM xəbər verir ki, Aqşin Manafın fikirlərinə irad olaraq videomüraciət yayımlayıb.
O, bildirib ki, Manafla üz-üzə görüşəcək:
"Deyir ki, Aqşinə "Şahnaz" muğamı oxutduracağam. Mənə bunu edə bilsən, sənə səhərə qədər əruz vəznində meyxana dedizdirərəm. Yaşın, sənətin var. Dediklərinə hörmətlə yanaşdım. Bir az gözlədim. Bu, verilişdə başından yuxarı danışdığın sözün cavabı idi. Mənimlə işi olacaq deyib, başqa tərzdə danışmaq istəyir. Zəng etdim özünə. Efirdə qalmaqala çevirməyə ehtiyac yoxdur. Dedim niyə elə danışmısan? Mənimlə nə işin var? Mənə deyir ki, verilişdən olan kadrları montajçılar kəsib doğrayıb göstəriblər. Yəni ki, yanlış anlaşıma olub. Dedim ki, bu məsələni görüşüb həll edək.
Bir də efirdə kimsə bu barədə danışıb, müzakirə etməsin. Manafla iki kişi oturub üz-üzə söhbət edəcəyik".
Xatırladaq ki, Manaf Ağayev qatıldığı verilişdə "Nəfəs muğam oxusa, mən sənətdən gedəcəyəm. Aqşinə də mən muğam oxutduraram" sözlərini söyləmişdi.
Aysel