Azərbaycanlı diplomat nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
İslam Əməkdaşlıq Təşkilatının BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev Diwali təşkilatı tərəfindən nüfuzlu beynəlxalq "Power of One Award" mükafatına layiq görülüb.
Mükafat ümumilikdə beynəlxalq diplomatiyanın altı veteranına verilib. Təşkilatın açıqlamasında deyilir ki, həmin şəxslər "daha təkmilləşdirilmiş, təhlükəsiz və sülh içində olan" dünyanın qurulmasına mühüm töhfə verdiyi üçün mükafatlandırılıb.
Qeyd edək ki, mükafat həmçinin Vyetnam, Hindistan, Sloveniya, Tunis və Yunanıstandan olan veteran diplomatlara verilib.
Aqşin Mehdiyev 2006-2013-cü illərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi olub.