AQTA-dan satışda olan bu qablaşdırılmış sularla bağlı ciddi XƏBƏRDARLIQ

AQTA-dan satışda olan bu qablaşdırılmış sularla bağlı ciddi XƏBƏRDARLIQ
SOSİAL
17:21 08.05.2023
213
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) satışa çıxarılan qablaşdırılmış sularla bağlı ciddi xəbərdarlıq edib.

Bu barədə AQTA-dan AZXEBER.COM-a daxil olan açıqlamada bildirilib.

Belə ki, AQTA ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Bildirilir ki, həyata keçirilən yoxlama nəzarət tədbirləri zamanı son vaxtlar bir sıra hallarda mərkəzləşdirilmiş su xəttindən verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması və "Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozaraq üzərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri göstərməklə "təbii”, "mineral”, "müalicəvi” sözləri yazılmaqla satışa çıxarılması faktları aşkarlanıb. Bu xüsusda ötən həftə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən "Araz su” içməli su emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilmiş və qanunsuz fəaliyyətin qarşısı alınmışdır. Həmçinin aparılan nəzarət tədbirləri çərçivəsində "ÇEMP Su" və "Çuxuryurd İstisu" əmtəə nişanlı qablaşdırılmış sularda müvafiq qanunun tələbləri pozularaq "təbii”, "mineral”, "müalicəvi” və s. sözləri yazılmaqla satışa çıxarıldığı müəyyən olunub:
"Hazırda bununla bağlı Agentlik tərəfindən qanunvericilik çərçivəsində zəruri tədbirlər həyata keçirilməkdədir.

AQTA bu cür məhsulların satışı ilə məşğul olan ticarət şəbəkələrinə xəbərdarlıq edərək bildirir ki, həmin məhsulların satışı dərhal dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcəkdir.
İstehlakçılardan həmin suları istehlak etməmək, bu kimi hallarla rastlaşdıqda dərhal Agentliyin "1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!