Ararat Mirzoyan Bişkek görüşünə gəlməyəcək: Ermənistan sülh müqaviləsindən niyə yayınır?

Ararat Mirzoyan Bişkek görüşünə gəlməyəcək: Ermənistan sülh müqaviləsindən niyə yayınır?
SİYASƏT
14:37 10.10.2023
661
Xəbər verdiyimiz kimi, Ermənistanın XİN başçısı Ararat Mirzoyan Bişkekdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılmayacaq.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan açıqlayıb. Tədbirdə Ermənistan Respublikası xarici işlər nazirinin müavini iştirak edəcək.
 
Ermənistanlı nazir Bişkek görüşündən imtina etməklə sülh müqaviləsindən də yayındığı iddia edilir. Ermənistan tərəfi bu addımla nəyə nail olmaq istəyir? Onlar yeni yeni müharibəyə hazırlaşır?
 
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistanın sülh müqaviləsini imzalamaqdan başqa yolu olmadığını bildirib:
 
"Düşünüəm ki, Ermənistan hakimiyyəti Bişkek görüşündən imtina etməklə danışıqlar zamanı real addımlar atılmalı olduğu üçün nə edəcəklərini bilmirlər. Artıq söz vermək yox, sülh prosessinə töhfə vermək lazımdır. Ermənistan isə hələ də öz öhdəliklərini yerinə yetirmir. Buna görə də görüşlərdən çəkinən Ermənistan bununla vaxt qazanmaq istəyir. İstənilən halda Ermənsitanın yeganə çıxış yolu sülh müqaviləsini imzalamaqdır. Başqa alternativi yoxdur".
 
 

Rusiya-Ermənistan münasibətlərinə toxunan millət vəkili Ermənistan ictimaiyyətində Rusiyaya qarşı qəzəbin olduğunu deyib: 
 
"Son dövrlər Ermənistan-Rusiya münasibətlərində soyuqluq müşahidə olunur və bunun nəticəsi olaraq Ermənistan açıq formada Qərbə meyillənir. Bu da Ermənistanın sülh prosesslərinin danışıqlarında yaxından iştirakında müəyyən dərəcədə boşluqlar yaradır. Ermənistan Rusiyanın moderatorluğu və vasitəçiliyi ilə sülh imzalanmasından müəyyən qədər çəkinir. Ermənistan ictimaiyyətində də Rusiyaya qarşı müəyyən qəzəb var".

Günel Hüseynli


OXŞAR XƏBƏRLƏR