Araş ağır qəzaya düşdü - FOTOLAR

Araş ağır qəzaya düşdü - FOTOLAR
ŞOU-BİZNES
15:10 29.10.2012
1077
Dünyaca populyar azərbaycanlı müğənni, əslən Cənubi Azərbaycandan olan Araş Ləbaf Moskvada qəzaya düşüb.
İsveç vətəndaşı olan Araşın olduğu BMW avtomobilini arxadan qara rəngli Honda vurub.
Qəzadan dərhal sonra Honda aradan çıxıb.
Noyabrın ilk günlərində Araşın Rusiyada konsert turu başlayır. O, Rusiyanın bir neçə şəhərində çıxış edəcək.
"Rusiyalı sürücülərin davranışı məni heyrətləndirir. İsveçdə belə şey yoxdur. Rusiyada sürücülər bir-birlərinə hörmət etmirlər, kimsə kiməsə yol vermir. Maraqlıdır, bu insanlar nə düşünürlər, onlar üçün həyatları və qarşılarına çıxan insanların həyatları önəmli deyil?" - Araş deyib.
OXŞAR XƏBƏRLƏR