Azərbaycan Premyer Liqasının V turunda səfərdə “İnter”lə qarşılaşıb 1:2 hesabı ilə məğlub olan “Neftçi”nin kapitanı Araz Abdullayev jurnalistə əsəbləşib.AzNews.azxəbər verir ki, ardıcıl 4 oyunda uduzan “ağ-qaralar”ın kapitanı Araz Abdullayev matçdan sonra ona ünvanlanan suala cavab verməkdən boyun qaçırdıb. Jurnalistin 0:8 hesablı məğlubiyyəti xatırladaraq sual verməsi kapitanın xoşuna gəlməyib.O, sual verən jurnalistdən normal sual verməsini tələb edib:“Oyuna aid normal suallar verin. Oyun haqqında suallar verin də...”