Araz Abdullayev: 'Maşınla vurduğum insan yola baxmadan keçirdi'
11:25 29.03.2013
3424
Bu sözləri "Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayev deyib. Bu gün "Neftçi"nin bazasına gedərkən avtomobili ilə qəza törədən A.Abdullayev hadisəni belə şərh edib: "Maşınla vurduğum adam qəfil qarşıma çıxdı. Heç onun yola necə çıxdığını da görmədim. Hələ arxada daha bir sərnişin vardı. Maşınla vurduğum insan heç yola baxmadan qaça-qaça keçirdi. Nə qədər əyləci basaraq maşını qırağa çəkmək istəsəm də, yenə də piyada maşınıma dəydi. İndi bilmirəm necə olacaq? Elə hadisə indilərdə olub".