Araz çayında batan iki nəfərdən birinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, iyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan iki nəfərdən birinin meyiti FHN dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.









































