Bakının mərkəzində qətl törədilib.
Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib. Hadisə rayonun İ. Səfərli küçəsində yerləşən “Araz” kinoteatrının qarşısında qeydə alınıb. Kinoteatrın gözətçisi, 60 yaşlı Məmmədov Gülbala Novruzəli oğlu naməlum şəraitdə qətlə yetirilib. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.