“Araz-Naxçıvan” “Şamaxı”ya qalib gəldi

İDMAN
18:44 19.10.2024
208
Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

AZXEBER.COM xəbər verir ki, ikinci oyun gününün ilk görüşü Şamaxıda baş tutub.

Əvvəlcə "Şamaxı” "Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Günün digər oyunu "Neftçi” ilə "Səbail” arasında keçiriləcək. 

Turun ilk oyun günündə "Kəpəz” "Qarabağ”a 0:5 hesabıyla uduzub. "Zirə” – "Sabah” və "Sumqayıt” – "Turan Tovuz” oyunları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
10-cu tur
19 oktyabr

"Şamaxı” – "Araz-Naxçıvan” 0:1
Qol: Felipe Santos, 73.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.
Şamaxı şəhər stadionu. 15:30.

OXŞAR XƏBƏRLƏR