“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu 1 oyunluq cəzalandırıldı

İDMAN
18:35 03.10.2023
246
"Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro 1 oyunluq cəzalandırılıb.

Buna səbəb braziliyalı müdafiəçinin Premyer Liqanın VIII turunda "Zirə” ilə keçirilən oyunun 90+4-cü dəqiqəsində qırmızı vərəqə alması olub.

27 yaşlı oyunçu IX turda komandasına kömək edə bilməyəcək. Bölgə təmsilçisi 500 manat də cərimə olunub.

AFFA İntizam Komitəsi turun "Kəpəz” – "Qəbələ” görüşü ilə bağlı da qərarlarını açıqlayıb. 5 futbolçusu sarı vərəqə alan "Qəbələ” 700 manat cərimələnib. Azarkeşlər tərəfindən rəqib komandanın texniki zonası istiqamətinə kənar əşya atılması "Kəpəz”ə 800 manat cərimə bahasına başa gəlib. Eyni zamanda, qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğundan, gəncəlilər daha 800 manat ziyana düşüblər.
 
OXŞAR XƏBƏRLƏR