Araz Qurbanov : “Ermənistanın Azərbaycana yeganə təsir mexanizmi sudur”

SİYASƏT
13:55 25.11.2013
1466

Ermənistanın Azərbaycana yeganə təsir mexanizmi sudur.

AZXEBER.COM xəbər verir ki, bunu Strateji Araşdırmalar Mərkəzi (SAM) və H.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkil etdiyi “Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi” mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı SAM-ın eksperti Araz Qurbanov deyib.Onun sözlərinə görə, rəsmi İrəvan nəzarətində olduğu su obyektlərindən, xüsusən də, Sərsəng Su Anbarından Azərbaycana qarşı təsir mexanizmi kimi istifadə edir.A.Qurbanov sonra Ermənistanın regionda reallaşdırmaq istədiyi su layihələri barədə də məlum verərək sözlərinə əlavə edib ki, Ermənistanla İran Araz çayı üzərində Su Elektrik Stansiyası tikmək istəyir:“İran bu məsələyə bir qədər ehtiyatla yanaşsa da, Ermənistan artıq su anbarının tikintisini davam etdirir. Ermənistanın reallaşdırmaq istədiyi digər layihə Kəlbəcər rayonunun və Araz çayının su ehtiyatlarının boru kəmərləri vasitəsi ilə İran ərazisindən keçməklə Qətərə ötürülməsidir.Nə qədər qəribə olsa da, bu layihəni ilk dəstəkləyən ölkələrdən biri Rusiyadır. Ermənistanın İranla reallaşdırmaq istədiyi digər bir layihə isə Araz çayının suyunun Urmiya gölünə axıdılmasıdır. Lakin çətin ki, bu Urmiya gölünün qurumasının qarşısını alsın”.A.Qurbanov belə hesab edir ki, bu problemdən yeganə çıxış yolu məsələnin beynəlxalq müstəviyə, yəni, Ermənistanın Azərbaycana qarşı yeganə təsir vasitəsinin aradan qaldırılmasıdır.

OXŞAR XƏBƏRLƏR