“Araz" və "OBA Market"in qəbzlərinə niyə ƏDV vurmaq mümkün deyil? - AÇIQLAMA

ÖZƏL
12:32 13.04.2023
4229
Bir çox vətəndaşlar "Araz" və Oba Market"lərdə alış-veriş zamanı onlara verilən çeklərdə fiskal İD-nin olmamasını və ya bəzi hallarda isə bu kodun oxuna bilməməsindən şikayət edirlər. İddiaya görə, mağazalarının bir çoxunda verilən qəbzlər keyfiyyətsiz olduğu üçün müştərilər ƏDV-dən yararlana bilmirlər.

AZXEBER.COM xəbər verir ki, bu cür hadisələr tez-tez və çox insanın başına gəlir.

Sosial şəbəkədə şikayətini işıqlandıran Haldun Novruzzadə adlı vətəndaş bildirir ki, bu cür problemlərə bir çox mağazalarda rast gəlmək mümkündür:

"Araz” Supermarketlər şəbəkəsi və ona bağlı olan "OBA” Marketlər Yeni Günəşlidə olan bütün marketlərində təzə fırıldaqçılığa əl atıblar. Qəbzləri çap edən printerlərə nə olubsa, nə ƏDV vurmaq olur, nə də Fiskal kodu yaza bilmək. Məhz o hissə çapda düşmür”, - deyə vətəndaş paylaşımında bildirib.

Daha bir oxşar şikayət də jurnalist Adəm Abbaslı tərəfindən "Oba” Marketlər şəbəkəsi ilə bağlı olub:

"OBA-nın Obamızdakı mağazasından aldığım "Satış Çeki"nin ƏDV-sini bununla neçənci dəfədir ki, yükləyə bilmirəm. Çünki üzərindəki QR kod o qədər bulanıq və zədəli olur ki, smartfon oxuya bilmir. Sual edə bilərsiniz ki, "əl ilə yüklə" şansı da var, niyə ondan istifadə etmirsən? Vallah OBA o şansıma da tüpürüb. Çek çap edən kassa aparatı elə bir gündə çap edir ki, çekləri - bulanıq və boz. Oxumaq mümkün deyil! Siz deyin, buna nə ad vermək olar???”

AZXEBER.COM qeyd edilən şikayətlərlə bağlı "Araz" Supermarketlər şəbəkəsinə müraciət edib. 

"Araz” supermarketlər şəbəkəsinin rəsmi nümayəndəsinin açıqlamasında bildirilir:

"Müştərimizin alış-veriş qəbzindəki QR kodun oxunmaması ilə bağlı şikayətinə əsasən tərəfimizdən araşdırma başladılıb. Bütün mağazalarımızda çek printerlərə baxış keçirilir. Çatışmazlıq olan printerlər dərhal dəyişdiriləcək. Vergi Məcəlləsinin tələb etdiyi qaydalara əsasən alıcılar alış-verişdən sonra əldə etdikləri qəbzin üzərində olan fiscal İD və ya QR kodu edvgerial.az portalına daxil edərək keşbek qazanırlar. Bəzi şərhlərdə qeyd edilən ƏDV-nin yüklənmədiyi halda marketə mənfəət olaraq geri qayıtması fikri həqiqətə uyğun deyil.

Biz müştərilərimizin xidmət və məhsulların keyfiyyət göstəriciləri ilə bağlı məsələlərdə həssaslığını anlayır, onları narahat edən məqamlarla bağlı bizi məlumatlandırdıqları üçün təşəkkür edirik. Mağazalarımızda qarşılaşdığınız istənilən problemlə bağlı şikayətinizi 924 nömrəsi ilə əlaqə saxlayaraq və ya sosial şəbəkə hesablarımızdan bizimlə paylaşmağınızı xahiş edirik”.
 
Ayşən Mirzəyeva

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb