07:22 çərşənbə Axşamı, 25 Iyun 2019
MEDİA

ARB TV statusuna görə jurnalisti işdən çıxardı

22:29, 12.06.20193220
ARB TV statusuna görə jurnalisti işdən çıxardı
ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının yazdığı "Facebook” statusu qalmaqal yaradıb.

AZXEBER.COM xəbər verir ki, o, statusunda rusdilli vətəndaşlarımıza qarğış edib.

"Hörmətli, rusdilli azərbaycanlılar, Allah sizi öldürsün” deyə, jurnalist yazıb.

Onun bu paylaşımı qısa zamanda sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

"ARB Media Qrup” isə məsələ ilə bağlı açıqlama yayaraq, Zeynallını işdən çıxardıqlarını bəyan edib:

"ARB Media Qrup”un rəhbərliyi ARB TV-nin bölgə müxbiri Əlibəy Zeynallının "facebook” sosial şəbəkəsində yazdığı fikirlərinə təəssüflə yanaşır və bunun həm vətəndaşlıq, həm də profissional nöqteyi nəzərindən yol verilməz olduğunu düşünür.

Telekanal tərəfindən adıçəkilən müxbirin işinə xitam verilməsi barədə iş yerinə məlumat göndərilib”.

 


 
XƏBƏR LENTİ