ARB TV yayımında dəyişiklik etdi

ARB TV yayımında dəyişiklik etdi
SOSİAL
16:04 15.12.2016
1401
ARB TV Xəzər dənizində 10 neftçinin itkin düşməsi ilə nəticələnən faciə səbəbindən efir torunda dəyişiklik edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə telekanalın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ARB TV-nin efirindəki bütün əyləncəli verilişlərin yayımı təxirə salınıb.

"Baş verən hadisə ilə bağlı ən son məlumatları tamaşaçılara çatdırmaq üçün, xəbər buraxılışlarımızın sayı artırılıb”, - deyə kanalın mətbuat xidmətindən bildirilib.
 
Xatırladaq ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
 
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb

OXŞAR XƏBƏRLƏR