Arda debüt etdi, Ronaldo het-triklə başladı (VİDEO)

İDMAN
14:04 29.08.2011
2153
İspaniya çempionatına start verilib. Fanat.az xəbər verir ki, ilk turu futbolçuların tətil qərarı verməsi səbəbindən baş tutmayan La Liqanın II turunun oyunları keçirilib. I turun oyunları təkixə salınıb və gələn ilin yanvar ayında keçirilməsi planlaşdırılıb.İlk oyun günündə turun 3 oyunu keçirilib. "Valensiya" mövsümə qələbə ilə başlayıb. "Rasinq"i qəbul edən "yarasalar" çətin qələbə qazanıb. Belə ki, Soldadonun 3 qol vurduğu oyunun 88-ci dəqiqəsinədək "Valensiya" 2:3 hesabı ilə məğlub durumda olub. Lakin 88 və 90 dəqiqədə iki qol vuran komanda qələbə qazanıb. "Sportinq"in qonağı olan "Real Sosyedad" 2:1 hesablı qələbə qazanıb. Debütantların qarşılaşmasında - "Qranada" - "Betis" oyununda gülən tərəf qonaqlar olub - 1:0.Turun altı oyunu dünən keçirilib. Arda Turanın çıxış etdiyi "Atletiko" "Osasuna"nı qəbul edib və qələbə qazana bilməyib - 0:0. Arda 61-ci dəqiqədə meydana çıxaraq, debüt edib."Atletik" - "Rayo Vallekano" və "Xetaf"e - "Levante" oyunları eyni hesabla yekunlaşıb - 1:1. "Sevilya" "Malaqa"nı 2:1, "Malyorka" "Espanyol"u 1:0 hesabı ilə yenib."Real" isə "Saraqosa"nı darmadağın edib - 6:0. Ronaldonun het-trik etdiyi oyunda Marselo, Alonso və Kaka hərəyə bir dəfə fərqlənib.Tura bu gecə keçiriləcək "Barselona" - "Viylarreal" oyunu ilə yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR