Arda Güler bu məşhur futbolçuların fanatıdır - SİYAHI

İDMAN
12:19 13.07.2023
648
Arda Gülər fanatı olduğu futbolçuların adlarını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Real Madrid" klubuna transfer olan 18 yaşlı ulduz futbolçu Arda Güler telekanallara diqqətçəkən açıqlamalar verib.
 
Gənc futbolçu Madriddə hər kəsin onunla maraqlandığını bildirib:
 
"Məni burada çox yaxşı qarşıladılar. Hər kəs mənimlə çox maraqlanır. Burada özümü çox rahat hiss edirəm. Mənimlə bir çox Avropa klubları maraqlandı. Amma dünyanın ən yaxşı klubu olan "Real Madrid" sizinlə maraqlanırsa, qərarınız bəllidir artıq".

"Bu klubun tarixinə düşmək, əfsanə olmaq istəyirəm. Bu klub tarixi boyu bir çox çempionluqlar qazanıb. Mən bütün Avropa kuboklarını görmüşəm və deyə bilərəm ki, bu, inanılmaz hissdir. "Real Madrid"ə işləmək, oyunumda və karyeramda inkişaf etmək üçün gəldim".
 
Arda Güler qeyd edib ki, "Real Madrid"də çıxış edən məşhur futbolçular onun kimi 18 yaşında kluba gəlib:
 
"Rodrygo, Vinicius, Camavinga və Valverde mənim kimi 18 yaşında "Real Madrid"ə gəldiklərini xatırlayıram. Onların hamısı çox yaxşı oyunçulardır və indi mənim komanda yoldaşlarım olacaqlar".

Gülər fanatı olduğu futbolçuların da adlarını açıqlayıb: "Fanatı olduğum futbolçular Zidan, Mesut Özil və Qutidir".
 
Gülay
OXŞAR XƏBƏRLƏR