Arda Güler icarəyə göndəriləcək

İDMAN
11:40 04.10.2023
1345
 
Zədəsi səbəbindən hələ də "Real Madrid"də oynamaq şansı olmayan Arda Gülərin yanvarda İspaniyanın başqa komandasına icarəyə göndəriləcəyi iddia edilib.

AZXEBER.COM ispan mediasına istinadən xəbər verir ki, xəbərdə "Real Madrid"in Kubo və Brahim Diazın transferlərində olduğu kimi eyni yolla gedə biləcəyi qeyd edilib.

Bundan əlavə, mövsümün ikinci yarısında Arda Gülərlə "Real Sosyedad" və "Real Betis"dən başqa digər komandaların da maraqlana biləcəyi bildirilir.
 
Qeyd edək ki, uzun müddət zədəli qalan gənc futbolçu komandanın məşqlərinə başlamasından dərhal sonra yenidən zədələnib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR