Arda Gülər Türkiyənin Beykoz rayonunun Acarkent səmtində özünə 5 mərtəbəli villa alıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülər təxminən 1000 kvadratmetr olan villa üçün 3 milyon dollar (116 milyon 579 min TL) ödəyib.
Evi zövqüncə təmir etdirməyə hazırlaşan futbolçu bunun üçün isə 2 milyon dollar (77 milyon 720 min TL) xərcləyəcək.
Beləliklə onun yeni evi üçün ödədiyi məbləğ 193 milyon TL-yə çatacaq.
Aysel