"Real Madrid" La Liqanın 7-ci həftəsində Brahim Diaz və Joselunun qolları ilə "Las Palmas"ı 2-0 məğlub edərkən, ikinci dəfə zədələnən Arda Gülər matçı tribunadan izləyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu dəfə klubun heyətində əsas müdafiəçi David Alaba da zədələnib.
Xallarını 18-ə yüksəldən "Real Madrid" ikinci pilləyə yüksəlib.
Madriddə 40-cı dəqiqədə zədələnən David Alaba oyunu davam etdirə bilməyib.
La Liqada "Barselona" ilə bərabər məğlubiyyətsiz titulunu qoruyub saxlayan "Jirona" səfərdə "Vilyarreal"ı 2:1 hesabı ilə məğlub edərək 19 xalla liderlik kürsüsünə çıxıb.
Liqada 6-cı həftəni lider kimi başa vuran "Barselona" "Real Mallorca" ilə 2-2 bərabərə qalaraq 17 xalla üçüncü pilləyə düşüb.
Mikayıl