Arda Gülerdən üzücü xəbər: "Barselona"ya qarşı oyunu buraxa bilər

İDMAN
14:34 28.07.2023
379
"Real Madrid" azarkeşləri səbirsizliklə Arda Gülərin klub ilə meydana çıxacağı günü gözləyirlər.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Karlo Ançelotti isə El Klasikoda oynayacağını dediyi türkiyəli ulduzu tam sağalmadan riskə atmaq istəmir.

Arda Gülər "Barselona" ilə oynanılacaq oyuna 48 saat qalmış hələ də klubla meydana çıxa bilmir.

"Real Madrid" ilk məşqini Dallasda keçirib. Komanda ilə məşqlərə qatıldıqdan sonra Arda təkbaşına yenidən məşq etməli olub.

AT&T Stadionunda aparılan işdə gözlər indiyə qədər keçirilən yoldaşlıq matçlarında iştirak etməyən Arda Gülər ​​və belçikalı qapıçı Kurtuada olub.

Belə görünür ki, Kurtua El Klasikoda "Barselona"ya qarşı oynaya biləcək.
 
Bir müddət sonra Karlo Ançelotti Ardanın yanına gələrək onun məşqini izləyib. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR