Arda Güler məşqlərə başladı

İDMAN
15:31 14.10.2023
697
"Real Madrid"ə transfer olunan türk futbolçu Arda Gülərin ilk məşqi həm komanda yoldaşlarında, həm də baş məşqçi Ançelottidə böyük həyəcan yaradıb.
 
AZXEBER.COM İspaniya mətbuatına istinadən xəbər verir ki, zədə səbəbindən məşqlərə qatılmayan futbolçu çıxdığı ilk məşqdə diqqətləri üzərinə çəkib.

Yüksək tempini saxlayan Arda  ​Karlo Ançelottiyə oynamağa hazır olduğu mesajını verib. 

Matçda komanda yoldaşından ötürmə aldıqdan sonra hücuma keçən Arda topu driblinq edərək, iki müdafiəçini mübarizədən kənarlaşdırıb və sol ayağı ilə gözəl qola imza atıb.

Bu zaman italiyalı baş məşqçi Karlo Ançelotti matçı dayandıraraq Ardanı vurduğu qola görə təbrik edib.
 
Günel
OXŞAR XƏBƏRLƏR