Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

İDMAN
15:35 14.04.2024
232
"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"ya 1:0 hesabı ilə qalib gəldiyi matçda əvəzedici heyətdə oynayan və meydana çıxa bilməyən Ardanın "Real"dan ayrılmaq istədiyi bildirilir.

Arda Gülər ​​gələn mövsüm ayrılmaq istədiyini açıqlayıb.

Xəbərin təfərrüatında baş məşqçi Karlo Ançelottinin də transfer fikrinə müsbət yanaşdığı bildirilib.

Rəhbərliyin nə qərar verəcəyinin bəlli olmadığı və Arda Gülərin gələcəyinin növbəti yay transfer pəncərəisndə formalaşacağı iddia edilib.

Qeyd edək ki, Arda bu mövsüm 7 matçda meydana çıxdığı "Real" ilə 98 dəqiqə meydanda qala bilib və 1 qol vurub.

OXŞAR XƏBƏRLƏR