Arda ilə Ceren ilk dəfə Bakıya gəlir

MARAQLI
17:35 04.01.2019
6730
"TRT Çoçuk" kanalının ən sevilən cizgi filmlərindən biri olan "Biz ikimiz"in balaca qəhrəmanları - Arda ilə Ceren ilk dəfə Bakıya gəlir.
 
AZXEBER.COM-un məlumatına görə, sevilən və maraqlı qəhrəmanlar fevralın 3-də Nizami Kino Mərkəzində kiçik tamaşaçılarının qarşısında çıxış edəcəklər.
 
"Biz ikimiz” cizgi filminin sevimli qəhrəmanları yeni sərgüzəştləri, məzəli və şən əhvalatları ilə nəinki balaca tamaşaçılarda, hətta böyüklərdə də unudulmaz təəssürat yaradacaqlar. Tamaşaçılar sevimli qəhrəmanları ilə birgə macəralar aləminə düşəcəklər.
 
Bu tamaşada uşaqlar iki kiçik macəraçı ilə fəsillər, əlifba, ənənələr, maraqlı peşələr haqda hər şeyi öyrənəcəklər. Kəşf etməyi və öyrənməyi sevən Arda ilə Ceren şeir, bilməcə, mahnı və rəqsləri ilə əyləncəli bir şou göstərəcəklər.
 
Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, "ASAN Xidmət" mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz. 
 
Əlaqə nömrəsi: +994 51 600 70 70

 

OXŞAR XƏBƏRLƏR