Futbol üzrə İspaniya La Liqasında XII turun növbəti oyunları keçirilib.
AZXEBER.COM-un məlumatına görə, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.
Səfərdə "Deportivo"nun qonağı olan "Levante" inamlı qələbə qazanıb. Rəqibini 2:0 hesabı ilə qələbə qazanan "Levante" xalını 20-yə yüksəldib.
Madrid "Atletiko"su da turu qələbə ilə başa vurub. Səfərdə "Qranada" ilə qarşılaşan "Atletiko" rəqibini tək qolla keçib. Arda Turanın matçın 61-ci dəqiqəsində vurduğu qol Madrid təmsilçisinə qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, XII tura bu axşam keçiriləcək "Real" (Sosyedad) - "Rayo Valyekano" matçı ilə yekun vurulacaq.