Türkiyə milli komandasının və "Başakşehir" klubunun futbolçusu Arda Turan tanınmış müğənni Berkay Şahinin həyat yoldaşına sataşması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Məşhur futbolçu açıqlamasını sosial şəbəkədə yayıb: "Bu gün qəzetlərdə yayılan xəbərlə bağlı qısa açıqlama vermək istəyirəm. İstirahət günümdə dostlarımla getdiyim məkanda yaşadığımız dava namus üstə deyil. Yayılan xəbərlər yalandır”.
Qeyd edək ki, ifaçının həyat yoldaşı Arda Turanın ona yaxınlaşaraq "Evli olmasaydım, səni qaçırtmazdım” dediyini iddia edib. Davanın isə bu səbəbdən yarandığını açıqlayıb.
O, hətta, bildirib ki, Arda Turan xəstəxanaya silahla gələrək Berkaydan onu vurmasını tələb edib.