"Real Madrid"in türkiyəli gənc futbolçusu Arda Gülər üçün daha bir ispan klubundan təklif gəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, gənc ulduzla maraqlanan sonuncu klub "Las Palmas" olub.
Kanar adaları klubu 19 yaşı tamam olan futbolçuya daimi oyun zəmanəti təklif edib.
Ardanı göndərmək əvəzinə La Liqada püxtələşməsini izləmək "Real Madrid"in də seçimi olub.
İspaniya klubu Ardanın ölkəyə uyğunlaşmasını təmin etmək və lazımi təcrübə qazanmaq istəyir.
Mikayıl