Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ənənəvi olaraq hər il Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Daxili Təqaüd Proqramını həyata keçirir.
AZXEBER.COM xəbər verir ki, daxili təqaüd müsabiqəsinə müraciət onlayn qaydada qəbul edilir.
Bu məqsədlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti daxili təqaüd müsabiqəsinə start vermişdir.
Müsabiqə 2013-2014-cü tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr və magistratura pillələrində təhsil alan tələbələri arasında keçirilir. Təqaüdün aylıq məbləği 100 AZN təşkil edir.
Müraciət etmək istəyənlər www.socar.az/tehsil veb-səhifəsindən Daxili Təqaüd Proqramının suallar və şərtlər bölməsi ilə tanış olduqdan sonra elektron ərizə-anket formasını dolduraraq qeydiyyatdan keçməlidirlər.
Proqrama müraciət həmin sayt vasitəsilə onlayn qaydada 14 Mart 2014-cü ilə qədər davam edəcəkdir.