ARDNŞ məcburi köçkünlərə bayram hədiyyəsi edib

İQTİSADİYYAT
15:24 19.03.2014
1278
ARDNŞ Novruz bayramı ərəfəsində növbəti humanitar aksiya həyata keçirib . 
AZXEBER.COM-un şirkətə istinadən verdiyi xəbərə görə, Dövlət Neft Şirkəti tərəfindən bu günlərdə Novruz bayramı münasibəti ilə Ağdam rayonu ''Dördyol 1,2'', ''Təzəkənd'' qəsəbələrində və Dördyol-Mamırlı ərazisində sığınacaq tapmış 10522 nəfər, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər, Tərtər rayonunda müvəqqəti yaşayışla təmin olunmuş 13000 nəfər, Sumqayıt şəhərində məskunlaşmış 1700 nəfər qaçqın və məcburi köçkünə ümumi çəkisi 236,7 tona yaxın ərzaq yardımı aparılıb. ARDNŞ nümayəndələri məcburi köçkünlərlə görüşərək, onları Novruz bayramı münasibəti ilə təbrik edib, əmin olduqlarını bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasət qaçqın və məcburi köçkün ailələrinin tezliklə öz doğma el-obalarına qayıtmalarına şərait yaradacaq.

OXŞAR XƏBƏRLƏR