Son dövrlər Azərbaycanda qaraciyər köçürməsi, ürək əməliyyatları kimi unikal əməliyyatlar sırasında böyrək əməliyyatı da daxil olub.
“Oksigen” klinikası Urologiya-Andrologiya şöbəsinin müdiri, Fransada təhsilm almış tanınmış uroloq-cərrah Araz Bayramov təfərindən həyata keçirilən bir dəfəyə hər iki böyrəyin əməliyyatı ölkəmizdə bu sahə üzrə ilk sayıla bilər.
Belə ki, hər iki böyrəyində böyük ölçüdə daşlar olan 1947-ci il təvəllüdlü Binnətov Zahid Vahid oğlu iki tərəfli mərcanvari böyrək daşlarından xilas olmaq üçün Azərbaycan və İranda fəaliyyət göstərən tibb mərkəzlərinə müraciət etsə də, aldığı cavab onu qane etməyib.
Belə ki, xəstəyə hər böyrəyi ayrı-ayrılıqda olmaqla iki dəfə əməliyyata girmək və iki dəfə narkoz almaq təklifi olunub. Xəstəyə bildirilib ki, bu halda O, iş qabiliyyətini itirəcək.
Hər yerdən əli üzlüdüyünü deyən Zahid Binnətov Editor.az-a bildirib ki, “Oksigen” klinikasına üz tutduqdan sonra hər şey müsbətə doğru dəyişib: “Azərbaycanda və İranda fəaliyyət göstərən klinikalarda mənə açıq şəkildə deyirdilər ki, iki dəfə əməliyyat olmalısan. Açıq şəkildə bəyan edirdilər ki, iş qabiliyyətini itirəcəksən. Hər yerdən əlim üzülmüşdü. “Oksigen” klinikasına üz tutdum. Klinikanın Urologiya-Andrologiya şöbəsinin müdiri, doktor Araz Bayramov məni əməliyyata aldı. Bir dəfəyə mənim hər iki böyrəyimi daşlardan azad etdi. Baxmayaraq ki, iki böyrəyimi əməliyyat etdilər, məndən bir əməliyyatın pulu alındı. Özü də çox güzəşt etdilər. Özüm də iş qabiliyyətimi itirmədən yenidən tam normal qaydada, sağlam böyrəklərlə həyata qayıtdım”.
Araz Bayramovu Azərbaycanda tibbində tapıntı adlandıran Zahid Binnətov inanır ki, onun kimi həkimlər çoxaldıqca Azərbaycan səhiyyəsi zirvələri fəth edəcək: “Əməliyyatdan qabaq hamı mənə deyirdi ki, xaricə, Türkiyəyə, İrana üz tut. Mən Azərbaycanda əməliyyat oldum. İranda isə mənə əməliyyat fəsadı olaraq iş qabiliyyətimi itirəcəyim deyildi. Mən bir xəstə, həyati təhlükəni adlamış bir vətəndaş olaraq hər kəsi öz ölkəmizdə müayinə və müalicə olunmağa, öz problemlərini daxildə həll etməyə çağırıram. Vallah, İranda, Türkiyədə belə Araz Bayramov kimi həkimlər azdır”.
Milli Məclisin deputatı Asim Mollazadə Araz Bayramov tərəfindən həyata keçirilən unikal əməliyyatı tibbdə yeni tapıntı adlandırır: “Son dövrlər Azərbaycanda bir çox sahələrdə, tibb, hüquq, iqtisadiyyat, İKT və digər sahələrdə çox istedadlı gəncliyimiz yetişir və bu məni ictimaiyyətin fəal nümayəndəsi, millət vəkili olaraq çox sevindirir. ABŞ və Avropada təhsil almış həkimlərimiz, uzmanlarımız Azərbaycan tibbinə bizim cəmiyyət üçün möcüzə sayılacaq yeniliklər gətirirlər. Bu mənada Fransada təhsil almış doktor Araz Bayramovun unikal böyrək əməliyyatı da diqqətdən kənarda qala bilməz. Artıq xəstələrimiz öz həkimlərimizə etibar edir və biz öz peşəkarlarımıza, mütəxəssislərimizə sahib çıxmalıyıq”.