Argentinanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.
AZXEBER.COM xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində məlumat verilib.
"Azərbaycanın İrandakı səfirliyinə hücum nəticəsində həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.