"Argentina demək olar ki, heç nə edə bilmədi" - İspaniya nə qədər mükafat qazandı?

"Argentina demək olar ki, heç nə edə bilmədi" - İspaniya nə qədər mükafat qazandı?
İDMAN
11:19 20.07.2026
1196
Xəbər verdiyimiz kimi, İspaniya futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək qızıl medallara sahib çıxıb.

Finalda Argentinanın 1:0 hesab ilə məğlub olması futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma həm taktiki baxımdan, həm də fərdi performanslar baxımından diqqət çəkib.

AZXEBER.COM-a danışan idman jurnalisti Anar Xanlarov bildirib ki, İspaniya oyuna tam nəzarət edərək qələbəyə layiq futbol nümayiş etdirib:

"İspaniya 90 dəqiqə dominant futbol oynadı. Açığı, mən Argentinadan bu cür zəif oyun gözləmirdim. Onlar demək olar ki, heç nə edə bilmədilər.
 
Baxmayaraq ki, yaxşı futbolçuları var, bundan əvvəlki oyunlarda dəfələrlə geridönüş etməyi bacarmışdılar, amma bu dəfə olmadı. İspaniya daha sistemli oynadı, rəqibi topsuz qoyaraq kifayət qədər yordu. Topsuz qalan argentinalılarda təbii olaraq aqressiya yaranmağa başladı ki, bunun da nəticəsində azlıqda qaldılar".

Anar Xanlarov qeyd edib ki, Argentinanın azlıqda qalması və Messinin yaşı komandanın məğlubiyyətində əsas amillərdən biri olub:

"Onsuz da çətinlik çəkirdilər, 10 nəfərlə isə ümumiyyətlə, duruş gətirə bilmədilər. 90 dəqiqəni birtəhər başa vursalar da, əlavə vaxtda dözmədilər. O ki qaldı Messiyə, təbii ki, yaş öz sözünü deyir. Bəlkə də Messinin 20-22 yaşı olsaydı, oyunu təkbaşına udardı. Amma 39 yaş... Reallıq var. Messi bütün gücünü ortaya qoydu, hətta son saniyələrdə təhlükəli keçid və ötürmə də etdi. Amma daha artığını etmək üçün yaş imkan vermədi. İstənilən halda, 39 yaşında dünya çempionatının finalında oynamaq sıradan iş deyil. Messi bir əfsanədir, dünya futbolu onun boşluğunu uzun illər hiss edəcək".

Qeyd edək ki, FIFA 2026-cı il Dünya Çempionatı üçün ümumilikdə 727 milyon dollar vəsait ayırıb. Bunun 655 milyon dolları mükafat fondu, qalan hissəsi isə turnirdən əvvəl iştirakçı komandaların hazırlıq xərclərinin qarşılanması üçün nəzərdə tutulub. Çempion İspaniya 50 milyon, finalçı Argentina isə 33 milyon dollar mükafat qazanıb. Turnirdə iştirak edən bütün komandalar isə nəticəsindən asılı olmayaraq əlavə 1,5 milyon dollar hazırlıq xərci alıb.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
15:38 27.10.2026
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı