Fransa hesabı bərabərləşdirdi - YENİLƏNİR

İDMAN
21:39 18.12.2022
289

 Qətərdə keçirilən dünya çempionatının final matçında hesab yenidən bərabərləşib. 

Qarşılaşmanın 118-ci dəqiqəsində Kilian Mbappe penalti zərbəsi ilə özünün və komandasının üçüncü qolunu vurub.  

Hazırda Argentina - Fransa oyununda bərabərlikdir - 3:3.

21:32

Qətərdə keçirilən dünya çempionatının final matçında Argentina yenidən önə keçib. 

Qarşılaşmanın 108-ci dəqiqəsində Lionel Messi özünün ikinci, komandasının üçüncü qolunu vurub.  

Hazırda Argentina Fransaya qalib gəlir - 3:2. 

21:07

Qətərdə keçirilən dünya çempionatının final matçında əlavə vaxt başlayıb. 

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. 

21:03
Qətərdə keçirilən dünya çempionatının final matçında əsas vaxtda qalib müəyyənləşməyib. 

Matçın 90 dəqiqəsi 2:2 hesablı bərabərliklə başa çatıb. 

Qalibi müəyyən etmək üçün hərəsi 15 dəqiqə olmaqla iki əlavə vaxt oynanılacaq.

20:45
Qətərdə keçirilən dünya çempionatının final matçında hesab bərabərləşib.

Qarşılaşmanın 82-ci dəqiqəsində Kilian Mbappe özünün və Fransanın ikinci qolunu vurub. 

Qətərdə keçirilən dünya çempionatının final matçında hesab bərabərləşib.

Qarşılaşmanın 82-ci dəqiqəsində Kilian Mbappe özünün və Fransanın ikinci qolunu vurub.  

20:43
Qətərdə keçirilən dünya çempionatının final matçında hesab dəyişib.

Qarşılaşmanın 80-ci dəqiqəsində Kilian Mbappe penalti zərbəsi ilə Fransanın qolunu vurub. 

Hazırda Argentina 2:1 hesabı ilə öndədir.

19:44

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab dəyişib.

Cənubi Amerika təmsilçisindən Anxel Di Mariya 36-cı dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib.


19:24

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab açılıb.

23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə keçirib.


19:01

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.


17:23

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR