Argentina yığması başsız qaldı

İDMAN
17:42 30.07.2014
1191
Futbol üzrə Argentina yığma komandasının baş məşqçisi Alexandro Sabelya postundan istefa verib.Baş məşqçi bu barədə Argentinada keçirilən mətbuat konfransında bildirib.59 yaşlı məşqçi artıq ayrılmaq vaxtının gəldiyini bildirib: "Argentina milli komandasının bir parçası olmaq qürurverici idi. Komandanın başında olarkən inanmalısınız və bu inanclar istiqamətində hədəf qoymalısınız. Mən də daim ən yaxşısını bacarmaq istədim və həmişə komanda haqqında düşündüm", - deyə baş məşqçi bildirib.Qeyd edək ki, Sabelya Argentina yığmasında 2011-ci ildən çalışırdı.Argentina Dünya Kubokunun finalında Almaniyaya məğlub olub olaraq turnirdə ikinci yeri tutub.
OXŞAR XƏBƏRLƏR