Argentinada III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı yazılar dərc olunub

SİYASƏT
17:10 09.11.2013
1084

Argentinada III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı yazılar dərc olunmuşdur.

AZXEBER.COM-un məlumatına görə forumdan əvvəl Argentinanın “Periodista” (https://www.periodista.com.ar/notas0110/281013z26.htm), “Dailyweb” (https://www.dailyweb.com.ar/noticias/val/13916/bak%C3%BA-capital-de-azerbaiy%C3%A1n-ser%C3%A1-la-sede-del-foro-internacional-humanitario.html), “Noticiasynegocios” (https://www.noticiasynegocios.com/internacional/baku_capital_de_azerbaiyan_sera_la_sede_del__foro_internacional_humanitario_20131024_9504.html), “Masquenoticias” (https://masquenoticiasblog.blogspot.com/2013/10/baku-sera-la-sede-del-foro.html) kimi internet xəbər portallarında bu haqda məlumatlar yayılmışdır.Məlumatlarda Bakıda 2013-cü ilin 31 oktyabr-1noyabr tarixlərində üçüncü Beynəlxalq Humanitar Forumun keçiriləcəyi bildirilmiş, tədbirə qatılacaq Nobel mükafatı laureatlarının, beynəlxalq liderlərin, tanınmış dövlət xadimlərinin, dünyanın mədəni elitasının bəşəriyyətin yeni gündəliyini formalaşdırmaq üçün qlobal maraq kəsb edən bir çox məsələlər ətrafında fikir mübadiləsi aparacağı qeyd olunmuşdur.Məlumatlarda habelə, Azərbaycanın Cənubi Qafqazın ən böyük ölkəsi olduğu, bölgə iqtisadiyyatının 70%-dən çoxunun Azərbaycanın payına düşdüyü, Xəzər dənizinin sahillərində yerləşən strateji əhəmiyyətli coğrafi mövqeyinin Azərbaycana Avropa və Asiya arasında körpü rolunu oynamağa imkan verdiyi bildirilir. Hazırda əsasən böyük karbohidrogen ehtiyatlarının hasilatı, eləcə də nəqliyyat, infrastruktur, İKT, inşaat, turizm və aqrosənaye sahələrinə yatırılan iri sərmayələr sayəsində Azərbaycanın güclü iqtisadi inkişaf yaşadığı, 2000-ci ildən etibarən ölkə iqtisadiyyatının təxminın dörd dəfə artdığı qeyd olunur. Məlumatlarda vurğulanır ki, qədim tarixə, zəngin mədəni irsə və arxitekturaya və müasir otelçilik sektoruna malik olan Azərbaycana beynəlxalq turizmin marağı getdikcə artmaqdadır. Yazılarda Azərbaycanın yüksək tolerantlığa malik, müxtəlif etiqadların və millətlərin sülh şəraitində bir arada yaşadığı dünyəvi ölkə olduğu da bildirilir.Habelə, Forumdan sonra “Conceptomulticulturalismo” portalında dərc olunmuş “Multikulturalizmin göstərici “Bakı Beynəlxalq Humanitar Forumu- 2013” adlı yazıda (https://conceptomulticulturalismo.wordpress.com/2013/11/05/testimonios-sobre-el-multiculturalismo-foro-humanitario-baku-2013/) multikulturalizmin beynəlxalq gündəmin əsas mövzularından biri olduğu, bu baxımdan Azərbaycan paytaxtında keçirilmiş 2013-cü il Bakı Beynəlxalq Humanitar Forumunda səslənən fikirlərə istinad etməyin vacib olduğu bildirilir.

Yazıda qeyd olunur ki, 70-dən çox ölkənin 800-ə yaxın liderlərinin iştirak etdiyi bu Forumda multikulturalizm əsas diqqət mərkəzində olan mövzu olmuş, bu mühüm forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizm anlayışının tərifini qəti bir şəkildə ifadə etmişdir: “Multikulturalizmə alternativ yoxdur... biz ayrı-seçkilik, diskriminasiya, ksenofobiya kimi xoşagəlməz meyillərə biganə yanaşa bilmərik”.Yazıda bildirilir ki, Azərbaycan lideri cəmiyyətlərdə konsensusun bərqərar olunması və insan hüquqlarına hörmətə dəyər verilməsinə nail olmaq üçün multikulturalizm faktorunun mühüm amil olduğunu, öz ölkəsində çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin inkişaf etməsinin böyük bir sərvət, dəyər olmasını nəzərə çatdırmışdır. “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir. Bütün xalqların, bütün dinlərin nümayəndələrinin tarixi abidələri qorunur, bərpa edilir”, deyə Prezident İlham Əliyev nitqindəki fikirləri qeyd olunur.

OXŞAR XƏBƏRLƏR