Argentinada güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 16-ya çatıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Argentinanın Buenos-Ayres polisi açıqlama verib.
Açıqlamada daşqınlarda həyatını itirənlərin sayının 16 olduğu, axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Həmçinin evlərin və iş yerlərinin su altında qaldığı Bahia Blancada elektrik enerjisinin kəsildiyi və suların çəkilməsinin gözləndiyi bildirilib.
Oksana