Ariana Grande gözəllik sirlərini açıqlayıb

MAQAZİN
11:21 06.01.2025
112
Dünya ulduzu Ariana Qrande plastik əməliyyatlarından danışıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, 4 ildir üzündə heç bir prosedur etdirmədiyini bildirib.
 
"Mən sizə həqiqəti deyirəm. Bir gözəllik brendinin sahibi kimi mən bu məsələdə şəffaf olmalıyam. Çünki sevənlərim mənə inanır. 4 ildir üzümdə heç bir prosedur etmirəm. Üzümdəki yaranan cizgiləri yəqin ki, görürsüz. Mən onları sevirəm. Çalışıram təbii şəkildə onlarla mübarizə aparım. İndi evdə də bir çox təbii üsulla üzə qulluq etmək mümkündür. Bahalı vasitələrə çox da ehtiyac yoxdur" deyə o bildirib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR