Ariana Qrandenin 99 yaşlı nənəsi vəfat etdi

Ariana Qrandenin 99 yaşlı nənəsi vəfat etdi
MAQAZİN
15:46 18.06.2025
287
Dünya pop ulduzu Ariana Qrandenin 99 yaşlı nənəsi vəfat edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qrande və ailəsi 99 yaşlı Marjorie Qrandenin itkisindən dərin sarsıntı keçirib.

Marjorie "Billboard Hot 100"də yer alan ən yaşlı insan idi.
 
O, hətta nəvəsinin "Eternal Sunshine" albomunda yer almışdı.

"Səni sonsuz sevirəm, mənim şirin Nonna. Sənin üçün ifadə edə bilməyəcəyim qədər darıxıram. Ürəyim parçalanır, amma hiss edirəm ki, sən məni izləyirsən" deyə Grande qeyd edib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR