2006-ci ildən komada olan İsrailin keçmiş Baş naziri Ariel Şaronun vəziyyəti kəskin pisləşib və həkimlər onun hazırkı sağlıq durumunun kritik olduğunu bildirirlər.
Hətta onun dünyasını dəyişməsi barədə məlumat yayılıb.
Həkimlərin sözlərinə görə, sabiq Baş nazirin "həyatı təhlükə" altındadır.
85 yaşlı Şaronun bir neçə daxili orqanının, o cümlədən, böyrəklərinin çatışmazlığı aşkarlanıb.
2001-ci ildən İsrailin Baş naziri olan Ariel Şaron, 2005-ci ildə orta dərəcəli insult nəticəsində iflic olmuşdu.
2006-ci ildə Şaronu daha bir və bu dəfə güclü insult vurandan sonra, o, koma vəziyyətinə düşür və o dövrdən bəri onun həyat fəaliyyəti "vegetativ vəziyyət" rejimində tibbi üsüllarla təmin edilməkdədir.(publika.az)