Arif Alışanovla Qulu Məhərrəmli çəkişməsində məhkəmə mərhələsi başlayır

SOSİAL
16:31 31.03.2016
1674
Qulu Məhərrəmli isə iki jurnalisti məhkəməyə verdi
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, Əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə aprelin 1-də Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq. Bu barədə Bizimyol.info saytına Qulu Məhərrəmlinin vəkli Nicat Gözəlov məlumat verib. Onun sözlərinə görə, A.Alışanov və Q.Məhərrəmlinin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu, böhtan atıldığını hesab edərək, xüsusi ittiham qaydasında iddia ilə məhkəməyə müraciət edib. A.Alışanov iddiasında Qulu Məhərrəmlinin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlv edilməsini və barəsində hökm çıxarılmasını xahiş edib. Qeyd edək ki, 147-ci maddənin sanksiyasında yüz manatdan beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər, bir ilədək müddətə islah işləri və ya altı aydan iki ilədək adlıqdan məhrum etmə cəzası nəzərdə tutlub. 148-ci maddəyə əsasən isə yüz manatdan min manatadək miqdarda cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər, bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəkilin sözlərinə görə, A.Alışanovun eyni materiala görə Q.Məhərrəmliyə qarşı mülki iddia da qaldırıb. Təkzib verilərək üzr istənilməsi, həmçinin 100.000 (yüz min) manat ödənilməsi tələb olunan iddiaya isə Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hümbətovun sədrliyi ilə baxılır. Məhkəmənin növbəti iclası aprelin 7-də keçirləcək.
Vəkil bildirir ki, iddiaya səbəb olan müsahibədən sonra mətbuatda Q.Məhərrəmliyə cavab olaraq çox sayda məqalələr dərc olunub. “Vəkilləri olaraq, həmin məqalələri toplayıb Qulu müəllimə təqdim etmişik. O, hesab edir ki, həmin şəxslərin yazıları onun nüfuzuna ziyan vurur və iki jurnalist barəsində mülki qaydada məhkəməyə müraciət edərək, təkzib vermələrini istəəyib. Qulu Məhərrəmli bildirir ki, jurnalistin çörəyinə bais olmaq istəmədiyi üçün simvolik olaraq 1 manat cərimə ödəmələrini məhkəmədən xahiş edib” – deyə vəkil bildirdi.

OXŞAR XƏBƏRLƏR