Arif Babayevin vəziyyəti hələ də ağırdır

Arif Babayevin vəziyyəti hələ də ağırdır
MƏDƏNİYYƏT
11:19 28.07.2025
173
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalıir.

Bu barədə APA-ya Mərkəzi Klinikanın Baş həkimi Prof. Dr. Kamran Musayev məlumat verib.

O bildirib ki, xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
OXŞAR XƏBƏRLƏR