Müsavat icra aparatının rəhbəri Arif Hacılı yaxın günlərə qədər Milli Şurada birgə təmsil olunduqları siyasətçiləri ittiham edib.
AZXEBER.COM xəbər verir ki, A.Hacılı özünün Facebook səhifəsində eks-spiker Rəsul Quliyevlə sabiq dövlət katibi Lalə Şövkətin “faydasız” olduqlarını yazıb: “Biz zamanında çox güzəştlərə getdik. Xalqımızı naqis, bədbəxt hesab edib yadların köləsi olanlara bəzən özümüz bu güzəştlərə getməməyi mümkünsüz saydıq, bəzən də ictimai təzyiqə davam gətirə bilmədik. Amma heç zaman bu güzəştlərdən fayda görmədik. Bizim zaman-zaman Rəsul Quliyev, Lalə Şövkət kimi siyasilərlə işbirliyimiz nə demokratik düşərgəyə, nə də Azərbaycana fayda gətirmədi. Hələ Vaqif Hüseynov, Abbas Abbasov kimilərinin də sevdaları onları bizə pərçimləməkdir. Bizə şübhəli keçmişi olan hay-küylü adların yox, real fayda gətirənlərin birliyi lazımdı. Vəziyyətdən faydalanmaq istəyənlər çoxdur. Real fəaliyyət vəziyyəti dəyişdirmək istəyənlərə, buna qadir olanlara istinad etməklə qurulacaq!”