Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli (Müsavat icra aparatının rəhbəri Arif Hacılının qardaşı) Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazova qarşı ittihamlar səsləndirib.
AZXEBER.COM xəbər verir ki, E.Namazovun davranışlarını tənqid edən V.Hacıbəyli özünün “Facebook” səhifəsində onun Milli Şuranın icra orqanına rəhbərlik etməyə mənəvi haqqının çatmadığını yazıb:Eldar Namazov bugünkü müsahibəsində deyib ki, Milli Şuraya daxil olan bütün partiyalarla birlikdə Cəmil Həsənlinin namizədliyini dəstəkləyirdik, kampaniyada iştirak edirdik.Onun sözündən belə çıxır ki, Cəmil Həsənlinin 0.5 faiz səs toplayacağına dair açıqlama verən Rəsul Quliyev də bu sıradadır. Namazov birbaşa deməyə siyasi cəsarəti çatmasa da, Milli Şuranın fəaliyyəti barədə mövqelərini açıqlayan Müsavat funksionerlərini dolayısı ilə hakimiyyətə işləməkdə ittiham edib.Eyni ittihamları Rəsul Quliyev də son müsahibəsində səsləndirib. O da Cəmil Həsənlini dəstəkləyənləri hakimiyyətə işləməkdə suçlayıb. Hətta buna görə onların hakimiyyətdən pay aldığını da dilə gətirib.Rəsul Quliyev iqtidara münasibətdə nəinki loyallıq, açıq şəkildə yarınmaq taktikasına üstünlük verir ki, bu da həmin şəxsin mənəvi deqradasiyasını göstərir.Lakin görünən odur ki, Rəsul Quliyevin Milli Şuraya yönəlik sistemli böhtan və iftira kampaniyası Eldar Namazovu qətiyyən narahat etmir, verdiyi müsahibədən də aydın olur ki, onun da hədəfi Rəsul Quliyev kimi Müsavatdır.Bu halda Eldar Namazovun Milli Şuranın icra orqanına rəhbərlik etməyə mənəvi haqqı varmı? Mənə elə gəlir ki, Milli Şuradakı sağlam qüvvələr bir çox digər aktual məsələlər kimi bu məsələyə də növbəti sessiyada aydınlıq gətirməyi bacaracaqlar”.