Arıqladıcı çay və kofeləri reklam edənləri hansı cəza gözləyir? - Vəkildən açıqlama

Arıqladıcı çay və kofeləri reklam edənləri hansı cəza gözləyir? - Vəkildən açıqlama
SAĞLAMLIQ
17:41 06.02.2025
3489
Xəbər verdiyimiz kimi, son dövrlər elektron ticarət yolu ilə kütləvi formada "arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır. Həmin mallar ilə əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd olunan qəhvə və çayların tərkibində bir sıra hallarda güclü təsirə malik maddə hesab edilən "sibutramin” maddəsinin olduğu aşkar edilib.  
  
Bununla bağlı Səhiyyə Nazirliyi və Gömrük Komitəsinin birgə məlumatında deyilir. 
  
Bəs arıqladıcı çay və kofelərin reklamı ilə məşğul olan şəxsləri hansı cazalar gözləyir. 
  
Mövzu ilə bağlı Azərbaycan Vəkillər kollegiyasının üzvü Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında bu tip məhsulları sosial şəbəkə hesabında reklam edən şəxsləri gözləyən cəzaları şərh edərkən bunları deyib:   

"Ümumiyyətlə, reklam şirkətini və ya reklamçının qeyd etdiyiniz hallarla bağlı cinayət, inzibati və ya mülki məsuliyyəti müəyyən oluna bilər. Orada işin hallarından asılıdır. Cinayət o halda ola bilər ki, bilərəkdən və ya ehtiyacı olan insanların həyatını və ya sağlamlığına ciddi təhlükə yaratması olsun və bu zaman reklam şirkəti, reklamçı və ya bu məlumatları yayan bilməlidir ki, onun təqsiri sübuta yetirilməlidir ki, həqiqətən bilərəkdən bu informasiyaları yayıb. Bu halda məhsulun təhlükəli olduğunu, lakin yenə də reklamın davam etdirildiyini və bununla da saxta reklamlara, insanların həyat sağlamlığına zərər vursaz, sağlamlığın ağırlıq dərəcəsindən asılı olaraq, vurulmuş zərərin ağırlıq dərəcəsindən asılı olaraq və ya hətta ölümünə nəticələnirsə, bu halda sübuta yetirilməlidir ki, məsələnin dərmandan istifadəsi nəticəsində ölüm hadisəsi baş verir".  

   
R.Qaraşov istehsalçını aldadan çaşdırıcı informasiyaların verilməsinin inzibati məsuliyyətini də açıqlayıb: 
  
"Bu halda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə və ya sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət məsuliyyəti müəyyən oluna bilər. İnzibatı Xətalar Məcəlləsində nəzərdə tutulur ki, istehsalçını aldadan çaşdırıcı informasiyaların verilməsidir. Əgər yanlış məlumat verilirsə və ya təqsirkar qəsdən bunu etməyibsə belə, lakin o bilməli, görməli idisə ki, onların müvafiq sənədləri, institutları və s. var. Bu halda inzibati məsuliyyət yarana bilər. Yəni, yanıltıcı reklamlara insanları çaşdırıb həmin məhsulu almasına təşviq edib və nəticədə insanlara zərər verirə, bu zaman inzibati məsuliyyət müəyyən oluna bilər. Eyni zamanda zərər çəkən şəxslər konkret, maddi və ya mənəvi zərər çəkdiyinin sübuta yetirə bilərsə, mülki məsuliyyət də həmin reklam şirkətinə və ya reklamda həyata keçirən qurumlara qarşı edə bilər. Fikirlərimizi ümumiləşdirsək, əgər bilə-bilə təhlükəli məhsul reklam edilibsə, bu, cinayət məsuliyyəti yaradır. Əgər yalan reklamlarla insanları çaşdırıblar və bunun da həmin məhsulların alınmasına təşviq ediblərsə, inzibati məsuliyyəti, digər hallarda konkret zərər varsa, bu zaman mülki məsuliyyət müəyyən olunur".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
21:16 31.05.2025
General Məhərrəm Həsənov sərəncama götürüldü - Yeni təyinat
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
21:10 31.05.2025
Şıx çimərliyi yaxınlığında açıq sahədə baş verən yanğın söndürüldü
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
20:57 31.05.2025
Tərtərdə qəza - Bir ailənin 3 üzvü xəsarət aldı
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
20:33 31.05.2025
İzmirdə meşə yanır, 7 helikopter cəlb olunub
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
20:11 31.05.2025
HAMAS ABŞ-ın Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib
Salyanda 40 tonluq ot tayası yandı
19:49 31.05.2025
Salyanda 40 tonluq ot tayası yandı