Arıqladıcı kofe və çaylardan istifadə edənlər oxusun

SOSİAL
17:23 06.02.2025
243
Xəbər verdiyimiz kimi, son zamanlar ölkəmizə "arıqlama çayı və qəhvələri” adı altında gətirilən çayların tərkibində güclü təsirə malik maddə hesab edilən "sibutramin” maddəsi aşkar edilib. 

AZXEBER.COM xəbər verir ki, bu maddə bir çox ölkələrdə, o cümlədən ABŞ və Avropa İttifaqında, 2010-cu ildən sonra müxtəlif ciddi problemlərə yol açma potensialı olmağı səbəbindən qadağan edilib. 

Bəzi hallarda ölümə səbəb ola bilən sibutramin, bir zamanlar arıqlamaq üçün istifadə olunan dərman hesab olunub. O, iştahı azaldır və mədənin doyma hissini artırır. 

Sibutramin, serotonin, norepinefrin və dopamin kimi beynin kimyəvi maddələrinə təsir edərək işləyir.  Bu isə insanın yeməyə olan marağını azaltmağa kömək edir. 

Təəssüf ki, maddənin təsiri sadəcə bunlarla yekunlaşmır. Sibutramin Yüksək qan təzyiqinə (hipertoniya) səbəb olur. Xüsusən yüksək təzyiqi olan insanlarda bu vəziyyət ciddi təhlükələrə yol aça bilər. 

Sibutramin ürək sürətini artıra bilər və bu, ürək xəstəlikləri olan şəxslərdə (məsələn, ürək çatışmazlığı, infarkt riski) ölümcül nəticələrə səbəb ola bilər. Həmçinin, ürək ritmi pozulmaları (aritmiyalar) yarada bilər ki, bu da həyati təhlükə yarada bilər. 

Maddə həmçinin insulta da səbəb ola bilir. Bununla yanaşı Sibutramin, beyindəki kimyəvi maddələri dəyişdirdiyi üçün, bəzi hallarda anksiyete, depressiya, qeyri-sabit emosional vəziyyət və hətta intihar düşüncələrinə səbəb ola bilər. 

Sibutramin aşırı dozada alındıqda ciddi zəhərlənməyə, ürək dayanmasına və digər həyati təhlükəli vəziyyətlərə yol aça bilər.
 
Oksana

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır